Məşhur futbolçu baş məşqçi ola bilər

18-08-2018, 15:38 542 dəfə baxılıb

Məşhur futbolçu baş məşqçi ola bilər



Futbol üzrə Fransa yığma komandasının sabiq forvardı Tyerri Anri "Bordo" klubunun baş məşqçisi təyin oluna bilər.

Hazırda Anri Belçika milli komandasında baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.

"Bordo"nun hazırkı baş məşqçisi Qustavo Poyetdir. O, bu vəzifəyə 20 yanvar 2018-ci il tarixində təyin olunub. Avqustun 17-də hücumçu Qaetan Labordenin "Monpelye" komandasına transferini tənqid etməsi səbəbindən klub rəhbərliyi onu bir həftəlik vəzifəsindən kənarlaşdırıb.

"Bordo" 2017/18-ci illər mövsümündə Fransanın I Liqasında 38 oyuna 55 xalla 6-cı yeri tutub. Komanda 16 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 15 matçda məğlubiyyətlə barışıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR