Maşın etibarnamələri lazımsız kağıza çevrilir- LƏĞV EDİLƏCƏK?

13-09-2019, 18:02 260 dəfə baxılıb

Maşın etibarnamələri lazımsız kağıza çevrilir- LƏĞV EDİLƏCƏK?


Özbəkistanda nəqliyyat vasitələrindən istifadə üçün etibarnamə ləğv edilib.

Belə ki, bu ilin oktyabrından etibarən yaxın qohumlar arasında nəqliyyat vasitələrindən istifadə və idarəetmə hüququ üçün notarial qaydada təsdiq edilmiş etibarnamə götürüləcək.

Bildirək ki, dünyanın inkişaf etmiş ölkələrində etibarnamə deyilən bir şey yoxdur. Ekspertlər beynəlxalq təcrübədə uzun illərdir ləğv olunan, bəzi ölkələrdə isə ümumiyyətlə, tətbiq edilməyən bu sənədin ləğvinin Azərbaycanda tətbiqini vacib hesab edirlər.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Qüdrət Həsənquliyev sözügedən mövzu ilə bağlı təklif irəli sürmüşdü. Deputat məsələnin ailə üzvlərindən, yaxın qohumlardan gedirsə, avtomobillərdə etibarnamənin məcburiliyinin əhəmiyyətsiz olduğunu bildirmişdi.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, başqasının avtomobilini etibarnamə olmadan idarə edən şəxs 40 manat cərimə edilir. Bəzi hallarda isə bu ümumiyyətlə, avtomobil qaçırma kimi qəbul edilir.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Cebhe.info-ya açıqlamasında bildirib ki, sözügedən ləğvin Azərbaycanda da tətbiqi üçün ciddi əsaslandırmalar olmalıdır:



“Yəni məsələ əsaslandırılmalıdır və ondan sonra tətbiqi həyata keçirilməlidir. Əgər Özbəkistanda o cür qərar gündəmə gəlirsə, görünür aidiyyəti strukturların buna dair hansısa əsaslandırmaları var. Azərbaycanda da bununla bağlı müəyyən bir qiymətləndirmə aparılmalı və nə qədər məqsədəuyğun olduğu müəyyən olmalıdır.

Hətta bu məsələ bir neçə məqamlarla əlaqəli ola bilər. Söhbət hansısa formada sənədləşmədən deyil, yaxın qohumlar dedikdə konkret kimlərin nəzərdə tutulmasından gedir.

Məsələn, söhbət əgər ər-arvaddan, yaxud övladdan gedirsə, bu bir yanaşmadır. Yaxın qohum dedikdə bu çevrə bir qədər də böyüyə bilər. Ona görə də istənilən halda bizdə əsaslandırma üçün qiymətləndirmə olmalıdır. Yalnız bundan sonra məsələyə dair qərar verilməlidir”.

Ekspert onu da əlavə edib ki, dünyanın hər yerində olan məsələni Azərbaycanda tətbiq etmək düzgün olmaz:

“O baxımdan ki, bununla bağlı hansısa araşdırma və qiymətləndirmə mövcud deyil. Məlumdur ki, əgər bir avtomobil bir şəxsə məxsusdursa və onun həyat yoldaşı həmin avtomobili idarə edirsə, sürücü avtomobildədirsə, etibarnaməyə gərək qalmır. Amma etibarnaməyə gərək qalmazsa, bu məsələyə də yanaşma fərqlidir. Tutaq ki, mən necə sübut edim ki, avtomobil həyat yoldaşımındı? Belə çıxır ki, nikah kağızı göstərməli, yaxud digər sənədləri çıxarmalıyam. Bu çaşqınlığa gətirib çıxara biləcək bir haldır. Ona görə də bizim qanunvericilikdə etibarnamə ilə bağlı konkret və sadə bir yanaşma var”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR