«Qazprom»un xarici aparatlarını PEYKDƏN SÖNDÜRÜBLƏR - SANKSİYAYA GÖRƏ

21-10-2019, 11:20 247 dəfə baxılıb

«Qazprom»un xarici aparatlarını PEYKDƏN SÖNDÜRÜBLƏR - SANKSİYAYA GÖRƏ

Rusiyanın «Qazprom» şirkəti ölkəyə tətbiq edilən xarici sanksiyalara görə ilk ciddi problemlərlə üzləşən ilk şirkət olub.

FED.az xəbər verir ki, şirkətin bir qədər əvvəl Avstriyaan aldığı LMF kompressorları peyk rabitəsi vasitəsilə xaricdən söndürülüb.

Bu barədə şirkətin nümaynədəsi Pavel Krılov bildirib. Onun sözlərinə görə, xaricdən peyk vasitəsilə söndürülən kompressorlar artıq işləmir: «Məsafədən, peyk vasitəsilə söndürüblər, indi bu avadanlıqlar demək olar ki, metal tullantılarıdır».

«Qazprom»da vəziyyətin ciddiliyini anlayıblar və şirkət gələcəkdə belə problemlə üzləşməmək üçün Rusiya istehsalı olan kompessorlar alacaq. Artıq Kazandakı «Kompressor» şirkəti bununla bağlı təkliflər verib. Şirkət hesab edib ki, bu kompressorlar xarici analoqlarını rahatca əvəz edəcək.

«Qazprom»dan bildirilib ki, şirkətlər köhnə, ABŞ və İsveçrə istehsalı olan kompressorlar da var, amma onların da məsafədən söndürülməsi riski var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR