Bu rayonumuzda 45,7 milyon manata yaşayış evləri tikilir

5-12-2023, 13:56 49 dəfə baxılıb

Bu rayonumuzda 45,7 milyon manata yaşayış evləri tikilir


Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək.

“Tikinti işlərini “19 Saylı Tikinti Təmir İdarəsi” MMC həyata keçirəcək.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti layihə ilə bağlı şirkətə 45 739,888 min manat ödəniş edəcək.

Qeyd edək ki, ötən il Cəbrayıl rayonunun Horovlu kəndinin salınması üçün əsaslandırmalara 387 min manat ayrılmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR