Cənab Prezidentə müracət

7-12-2015, 22:52 965 dəfə baxılıb

Cənab Prezidentə müracət









Redaksiyamıza Göyçay rayonundan məktub daxil olmuşdur. Məktubu olduğu kimi sizə çatdırırıq

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidmətinin 9 saylı regional maliyyə müfəttişliyinin rəisi Yaqub Verdiyev və Göyçay rayonu üzrə maliyyə idarəsinin rəisi Firdovsi Rəhimov kimi insanlar hal-hazırda Göyçay rayonunda at oynadır. Bu iki şəxs cənab Prezidentin korrupsiya ilə mücadilə apardığı bir dövürdə bu iki şəxs fəzifələrindən sui istifadə edib idarə və təşkilatlara qan uddururlar. Yaqub Verdiyevin adı əvvəllər də Gəncə və Şəmkir regional maliyyə müfəttişliklərinin rəisi işlədiyi vaxtlarda məktəb direktorunun intiharında və digər çinayətlərdə dəfələrlə hallanmışdır. İnternetdə google axtarış sistemində bunun şahidi olmaq mümkündür amma nədənsə Yaqub Bəyin himayədarları onu müdafiə edir və cənab Preizdentimizi aldadırlar. Belə insanların uzun müddət vəzifədə işləməsi təşkilatlara idarələrə qan uddurması niyə məhz cənab Prezidentimizin fərman və sərəncamlarından soram gizlədilir bu da faktdır ki, bunun da səbəbi belə insanların yuxarı instansiyaları pul ilə satın almasıdır. Yaqub bəyin Göyçay regionuna təyinatından sonra əhatə olunan rayonlardakı abu hava təftişlərin şəffaf deyil sırf pul müqabilində yola verildiyi açıq aşkar göz qabağındadır. Nəyə görə cənab Prezidentimizin korrupsiya ile mübarizə apardığı bir dövrdə belə insanlara himayədarlıq edənlər qorxmurlar bəs? Bu məktubu mən cənab Prezidentimizə də ünvanlayacağam. Maliyyə müdiri Firdovsi bəysə idarə və təşkilatları faiz sisteminə otuzduraraq bəzi məmurlarla əlbir olub qaz vurub qazan doldurur. Yaqub bəylə əlbir olub şərik kimi rayonun idarələrinin bütün yoxlama və pul haqq hesablarında bir-birlərinə dəstək olaraq büdcəmizi havaya sovururlar. Xahiş edirəm şikayətimi qiymətləndirəsiz.. Yaqub və Firdovsi kimi şərəfsizlər cənab Prezidentimizin qurduğu sakit firavan bir dövlətin içində xaiyinlik və korrupsiya əməllərini açıq şəkildə davam etdirirlər və buna kimlərinsə göz yumması bizi açıq şəkildə məyus edir...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR