Kərəm Həsənova şikayət: "O, korrupsiya ilə məşğuldur"

25-07-2015, 11:57 1209 dəfə baxılıb

Kərəm Həsənova şikayət: "O, korrupsiya ilə məşğuldur"




















Ucar rayon Oğuz küçəsi ev 19 sakini Hüseynova Süsanə Yusif qızı redaksiyamıza şikayət məktbu ünvanlayıb

O, şikayət məktubundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarovun qanunsuz əmməllərindən bəhs edir.

Şikayətçinin sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov işinin öhdəsindən gələ bilmir: "Buna görə çoxlu sayda vətəndaş süründürməçiliyə məruz qalıb. Torpağa, mənzilə , obyektə reyestr çıxarışı almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə vətəndaşlar tərəfindən verilən sənədlər uzun müddətdir ki, saxlanılsa da, heç bir əsas olmadan çıxarışın verilməsi yubadılır. Hər gün İdarəyə gedirik, gedin sabah gələrsiniz deyə-deyə camaatı get-gələ salıb incidirlər. Yalandan da deyirlər ki, sənədlər Bakıya baş idarəyə göndərilib, ancaq oradan yubadırlar, bu işə artıq Kərəm Həsənov şəxsən özü baxır. Uzun müddətdir təqdim etdiyimiz torpaq sənədlərimizin tam qaydasında olmasına baxmayaraq reyestr çıxarışı ala bilmirik.Nə çıxarış verilmir, nə də ki, sənədlərimizi geri qaytarmırlar. Hər gün idarəyə gedib-gəlməkdən əziyyət çəkirik".

Ucar sakini xidmət rəisini korrupsiya və rüşvətxorluqda da ittiham edib: "Qeyd edim ki, Ədalət Cabbarov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə rəis vəzifəsinə təyin olunandan bu idarə ilə əlaqəli işləyən 4 rayonun sakinləri zəlil olublar. Ədalət Cabbarov qohumlarını başına toplayıb korrupsiya şəbəkəsi yaratmışdır. Yerlibazlıq xəstəsi olan Ə.Cabbarovun ştatdan kənar işçiləri də var ki, onlar idarədən kənarda xüsusi təyin edilmiş yerlərdə sənədləşmə aparılan şəxslərdən rüşvət yığırlar.Həmin ştatdan kənar adamları əsasən Göyçay rayon ərazisində olurlar. Ə.Cabbarov göyçaylı olduğu üçün rəis vəzifəsinə gəldikdən sonra Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin işçilərinin çoxunu Göyçay rayon sakini olan yaxın qohumları ilə əvəz etmişdir.Bir sözlə belə korrupsiyaya qurşanmış yaramazın fəaliyyətinin obyektiv araşdırılıb barəsində tədbir görülməsinə zərurət var.Mən mətbuat vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovdan xahiş edirəm ki, vətandaşları süründürməçiliyə salmış, korrupsiya şəbəkəsi yaratmış Ədalət Cabbarovun barəsində qanunu tədbir görün, təqdim etdiyimiz sənədlərə dair reyestr çıxarışı verilməsinə köməklik göstərin".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR