"Ermənistan biabırçı məğlubiyyəti ilə barışa bilmir" - Arif Hacılı

24-11-2020, 13:13 232 dəfə baxılıb

44 gün davam edən müharibədə biabırçı məğlubiyyətə uğrayan Ermənistanda Baş nazir Nikol Paşinyanın təcili istefa verməsi tələb olunur. Bu gün hər kəsi maraqlandıran məsələ odur ki, Nikol Paşinyan dekabrın 1-dən tez istefa verərsə, noyabrın 10-da imzalanan üçtərəfli razılaşma ermənilər tərəfindən pozula bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, müharibədən öncə də Ermənistan siyasi, iqtisadi böhran içərisində idi: “Paşinyan hakimiyyətə gələn zaman erməni xalqına verdiyi heç bir sözü tutmadı. Əksinə, onun dövründə ölkədə sosial durum daha da ağırlaşdı. Bilirsiniz ki, Ermənistanda hakimiyyətə gələnlər hər zaman Qarabağ kartından istifadə edirdi. Bu gün bu kart əllərindən çıxıb.

Hazıda Ermənistan vətəndaş müharibəsinin astanasındadır. Erməni milləti ayağa qalxaraq Nikol Paşinyanın istefasını tələb edir: “Paşinyan onun istefasını istəyən müxalifətə 3 sual vermişdi. O, sual verərək bildirmişdi ki, istefa verdikdən sonra Rusiya qoşunlarının Ermənistan və Dağlıq Qarabağdan çıxması tələb ediləcəkmi? Digər sual isə bu idi ki, hakimiyyətə gələn yeni qüvvələr Azərbaycanla döyüş əməliyyatlarını yenidən bərpa edə biləcəkmi? Sanki qurbağa gölünə daş atmışdılar. Bu suallara heç bir cavab verilmədi. Çünki hazırda Ermənistan-Azərbaycan münasibətləri elə bir müstəvidədir ki, yenidən hərbi əməliyyatların bərpa edilməsi ermənilər üçün çox böyük faciələrə gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, Nikol Paşinyanın istefa verib, verməməsindən asılı olmayaraq Ermənistan qəbul olunan bəyanatın bəndlərinə əməl etməlidir. Noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın boşaldılaraq Azərbaycana təhvil verməlidir. Əks təqdirdə Ermənistanın yalnış bir addımı hərbi əməliyyatların yenidən başlamasına və onların daha böyük biabırçı məğlubiyyətinə səbəb ola bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR