Cəbhədə şiddətli döyüşlər – RƏSMİ + VİDEO

26-04-2016, 09:37 622 dəfə baxılıb

Cəbhədə şiddətli döyüşlər – RƏSMİ + VİDEO















Müdafiə Nazirliyi düşmənə xəbərdarlıq etdi

Aprelin 26-sı saat 01:05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 (“Qrad” – red.) yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

“Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq”, - deyə, Azərbaycanın hərbi idarəsindən bəyan ediblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR