Anım günündə Ulu Öndərin portretini yığışdırdılar-AGDAMDA

12-12-2019, 16:15 333 dəfə baxılıb

Anım günündə Ulu Öndərin portretini yığışdırdılar-AGDAMDA

2016-cı ildə Laçın rayonunun işğalı günü bütün Azərbaycan ərazisində qeyd edilən zaman Bərdə rayonunda yerləşən Ağdam rayonunun 12 saylı tam orta məktəbdə təmtəraqlı əlifba bayramı keçirilmişdi.

Bu barədə məlumat verən məcburi köçkünlər bildirirdilər ki; “Musiqi sədası altında rəqs edən məktəbin direktoru Aftandil Məmmədovun bu hərəkətləri məcburi köçkünlər tərəfindən qəzəblə qarşılanıb. Məktəb direktorunun belə bir səhvə yol verməsi bağışlanılmaz hərəkətdir. Əksinə müəllim özü belə xoşagəlməz halların qarşısını almalı, buna dair məktəbdə, cəmiyyət arasında təbliğat aparmalıdır ki, torpaqlarımzın işğalını xalqımız qara gün kimi qeyd etməlidir, belə günlərdə şənlənmək olmaz.

Təəcüblüsü isə odur ki, həmin məktəbin dəhlizində divardan Azərbaycan torpaqlarının işğal tarixi yazılmış lövhədə var.Deməli bu yaşda məktəb direktoru olan qocaman müəllim belə yaramaz hərəkətləri qəsdən edib. 12 saylı məktəbin direktoru Aftandil müəllimin Laçın rayonunun işğalı günündə təmtəraqlı əlifba bayramı keçirməsi və qol götürüb həvəslə oynaması şəhidlərimizin ruhuna və Azərbaycan xalqına qarşı hörmətsizlikdir” Aftandil müəllimin yadına salmaq lazımdır ki, əlifba bayramında rəqs etdiyi gün qanlı həriflərlə tariximizə həkk olunub. Laçın rayonunun işğalı 17 maydan başlanıb və 18 may tarixində tam bitib."
Aftandil Məmmədovu bu hərəkətinə görə cəzalandıran olmadı.

Bu onunla nəticələnib ki, 2019-cu il, 12 dekabr tarixində, Heydər ƏLİYEVİN ANIM GÜNÜNDƏ məhz hmin məktəbdə Ulu öndərin şəkli və prezident İlham Əliyevin şəkli ayaqlar altına atılıb.
Bu baradə redaksiyaya göndəriln videodan bəlli olur.
Bu adam deyilənə görə doğma qızını və qardaşı oğlunu məktəb direktoru qoyduraraq o təhsil ocaqlarını da idarə edir.

Kim bu adamı himayə edir, niyə edir.... bizi izləyin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR