Övladlarını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə

19-08-2020, 12:14 473 dəfə baxılıb

Övladlarını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə


Bir sıra valideynlər var ki, pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərmək istəməyəcəklər. Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq.

Bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi "virtual dərslər"də iştirak etməlidir. Mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, uşağın birinci yarım il üzrə attestasiyası nəzərə alınsın. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR