"2 manat da ver, çünki 100 metr qabağa sürmüşəm"

21-09-2020, 18:19 174 dəfə baxılıb

Taksi şirkəti kimi fəaliyyət göstərən BOLT-dan daha bir oxucu şikayəti daxil olub.

Şikayəti olduğu kimi təqdim edirik:

"Salam. Bolt-dan taksi sifariş edəndə, görsəniz, 763 nömrəsi ilə bitən Elnur adlı sürücü gəlir "Shevrolet Aveo" avtomobili ilə, imtina edin. Bu yaxınlarda həmişəki kimi, Bolt mobil tətbiqindən taksi sifariş etdim. Yol uzaq idi, ödəniş 6,94 olmalı idi. Taksi gəldi, həmin yuxarıda qeyd etdiyim avtomobil və sürücü, bir az yük var idi, yüklədim avtomobilin arxasına, yola düşdük. Maraqlıdır ki, taksidə tələb olunan arakəsmə yox idi, sürücü isə maskanı yalnız polis postuna yaxınlaşdıqda taxdı. Ünvana çatdıqda sürücü daha 2 manat ödəməmi istədi: "Çünki 100 metr qabağa sürmüşəm. Ondan başqa yükünüz var idi". Açığı mən həmişə pulu artıqlaması ilə ödəyirəm, hətta bu dəfə də nədənsə 1 manat artıq ödədim, amma yenə də ürəyimdə qalan və deyəcəyim sözlərim var.



Hörmətli Bolt! İlk öncə bu sürücü ilə əməkdaşlığı kəsin. İkincisi isə, əgər hansısa sürücünün müəyyən fantaziyaları-tələbləri varsa, bunu bizə də, müştərilərə bildirin. Amma öncədən. Ki, sonda bu cür xoşagəlməz situasiyalar yaranmasın. Onu da qeyd edim ki, bu, artıq sizin şirkətinizlə bağlı başıma gələn ikinci hadisədir. Qışda da uşaqlarımı görüb, başqa sürücünüz qaçmışdı. Soruşduqda da dedi ki, "Mən uşaqları avtomobilimə mindirmirəm". Müştəriyik biz, anlayın bunu bir dəfəlik. Biz məmnun qalmalıyıq. Sizə də müraciət etmişəm. Amma nədənsə əlaqə saxlamamısız".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR