“Like” - Başqa Mübarizin “rəşadətli” oteli

4-11-2020, 11:53 182 dəfə baxılıb

“Like” - Başqa Mübarizin “rəşadətli” oteli



“Azerinfo.az” saytından çıxarış – 22.10.2020

“Like” - Başqa Mübarizin “rəşadətli” oteli
Xırdalan dairəsi ilə Binəqədi qəsəbəsini əlaqələndirən Binəqədi yolunda yerləşən geniş apartmanlı “Like” oteli həm də “priton” kimi fəaliyyət göstərir. Əməkdaşlarımız müştəri qismində sözügedən obyektə baş çəkərkən bu faktı aşkarlayıblar. Otel-restoranın işçiləri jurnalist olduqlarını bilmədikləri əməkdaşlarımıza otelin sərəncamında intim xidmət göstərən qadın işçilərinin olduğunu deyiblər və belə xidmətdən istifadə haqqının saatının 30 manat olduğunu bildiriblər.
Təsəvvür edin, təhlükəli yoluxucu xəstəlik olan koronavirus infeksiyasının tüğyan etdiyi indiki dönəmdə bu nə deməkdir. Bundan başqa, cəbhədə Böyük Vətən müharibəsi gedir, ölkəmiz düşmən tapdağından azad edilən hər qarış torpaqdan ötrü şəhidlər verir. Amma bəlli olub ki, “Like” otelin personalında çalışan cavan oğlanların da çoxu əmək müqaviləsi bağlanmadan işə cəlb olunublar. Bu isə o deməkdir ki, onların əmək haqından vergi tutulmur, sosial sığorta öhdəlikləri yoxdur və ən nəhayət, sözügedən iaşə müəssisəsində belə qeyri-leqal işçilərin hərbi mükəlləfiyyətləri barədə uçot da aparılmır.
Otel-restoranı işlədən, adı ilə əməli uzlaşmayan Mübariz adlı şəxsin indiki vaxtda özbaşına, “vur deyəni” olmadan bunca qanunsuzluqlara rəvac verməsi ağlabatan görünmür. Sonda onu da qeyd edək ki, əlimizdə yazdıqlarımızın sübutu kimi xidmət edəcək foto-video materiallar da vardır. Əlaqədar qurumların diqqətini həmin ünvanda baş verənlərə yönəltməyə və hasil olunacaq nəticə barədə oxucularımızı məlumatlandırmağa çalışacağıq.

“Əsli ilə doğrudur”





loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR