“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

21-11-2020, 23:19 148 dəfə baxılıb

Populyar "WhatsApp" messencerində bərkidilmiş video ilə olan mesaj göndərmək daha rahat olacaq. Yeni funksiya barədə "Wabetainfo" nəşri məlumat verib.

Yeni funksiyanın mahiyyəti ondan ibarətdir ki, indi istifadəçi videoçarxı həmsöhbətə və ya çata göndərməzdən əvvəl onun səsini ala bilər. Ekranın sol tərəfində videonun müddəti və tutumu haqqında informasiyanın yanında səsə cavabdeh olan dinamik işarəsi olacaq.

Hələlik yeni funksiya beta test mərhələsindədir. Ehtimal ki 2020-ci ilin sonunadək yeni funksiya hər kəsə əlçatan olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR