Yaqub Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır
25-11-2022, 09:16
187 dəfə baxılıb

Səhiyyənin inkişafı cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında rolu böyükdür. Azərbaycan səhiyyəsi özünün yeni bir mərhələsinə qədəm qoyub. Müəyyən problemləri nəzərə almasaq, deyə bilərik ki, səhiyyəmiz həm dövlət, həm də özəl sektorun payına inkişaf edir.
Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Hospital qarajlarının müdüri Yaqub Məmmədov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Yaqub Məmmədovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Hospital qarajlarının müdüri Yaqub Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yaqub Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Hospital qarajlarının müdüri Yaqub Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Azerinfotv.com-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Hospital qarajlarının müdüri Yaqub Məmmədov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
Son günlər bəzi internet saytlarında Hospital qarajlarının müdüri Yaqub Məmmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Tibbi Yardım Stansiyasında Yaqub Məmmədov “fenomeni” – pullar necə silinir? - Prezidentin nəzərinə!" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Hospital qarajlarının müdüri Yaqub Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
loading...
OXŞAR XƏBƏRLƏR