Masallı Regional Meşə Təsərrüfatının rəhbərliyi ilə qanunsuzluqların qarşısı alınıb

16-12-2022, 10:37 102 dəfə baxılıb

Masallı Regional Meşə Təsərrüfatının rəhbərliyi ilə qanunsuzluqların qarşısı alınıb


Masallı Regional Meşə Təsərrüfatının direktoru Nəsimi Nəsibov 14 dekabr 2022-ci il tarixdə Cəlilabad rayon İcra Hakimiyyətində olub. Orda belə bir təqdirə layiq "meşələrin qorunması" barədə belə bir təşəbbüs irəli sürüb, yəni "meşələrin mühafizə olunmasında İcra hakimiyyətinin yerli orqanı, bələdiyyə və hüquq mühafizə orqanları bizə kömək etsinlər".
14.12.2022-ci il tarixdə Masallı Regional Meşə Təsərrüfatının direktoru Nəsimi Nəsibov və Mərkəzi digər işçiləri Cəlilabad rayonun yuxarıda sözügedən əməkdaşlarıyla birlikdə monitorinq keçirdən zaman Oğrubulaq və Fətullaqışlaq kəndlərində qanunsuz kustar üsulla hazırlanan bir neçə kömür quyuları və Göytəpə meşəbəyliyinin 13 a saylı dolayında kəsilmiş ağac cinslıri aşkar ediblər, hansı ki, adları "Qırmızı Kitab"a daxil edilmişdir.

Sözügedən qanunsuzluqlar yerindəcə araşdırılaraq aktlaşdırılıb və cərimə də tətbiq edilib.
Ən maraqlısı odur ki, Cəlilabad rayon Icra Hakimiyyəti bu monitorinqi öz adına yazıb, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin adların ora salmayıb.

Guya bunlar monitorinqi özləri keçirdib.

Bu nə dərəcə də doğrudur?!


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR