Kabab yanar köz üstə Tello-ŞİMAL MEŞƏLƏRİ YENƏ QIRILIR

9-05-2020, 12:50 454 dəfə baxılıb

Kabab yanar köz üstə Tello-ŞİMAL MEŞƏLƏRİ YENƏ QIRILIR

Ölkədə məmur həbsləri davam edir.
Məlumatda iddia olunur ki, ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Ağaqardaş Qaraşov da tutulub. Gecə saatları olduğu üçün məlumatı dəqiqləşdirə bilmədik.

Qeyd edək ki, bir qədər əvvəl Meşələrin İnkişafı Departamentinin derektoru vəzifəsindən çıxarılaraq yenicə yaradılan Meşələrin İnkişafı Xidmətində müavin təyin edilən


Ağaqardaş Qaraşovun adı mediada daha çox meşə qırıntılarında əsas günahkar kimi hallanırdı.
Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov da açıqlama verərək bildirmişdi ki, ağac kəsintiləri ilə bağlı polisə müraciət olunub:
“Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub”.
Xidmət rəisi onu da əlavə etmişdi ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib: “Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir”.

Azerinfo.tv bildirir ki, hazırda Şimal zonasına ETSN-nın yoxlama komissiyası göndərilib.
Təəsüf ki, komissiyanın orda olması belə ağac kəsintisinin qarşısnı almır.
Qusarda 24-cü dolayda, Qubada Alpan dolaylarında ağaclar hal-hazırda kəsilir.
Meşə Mühafizəsi departamenti Vüqar Sultanöv, mühəndis Elvin Baxışov, şöbə müdirləri Şahlar Əkbərov və başqaları komissiya düzgün araşdırarsa istintaqa cəlb olunmalıdır.
Əgər ki, komissiya işini düz aparsa və kabab qonaqlığından başları açılsa.



loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR