“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin yazdığı məqalə Afrika Jurnalistlər Konqresi Beynəlxalq jurnalının mart nömrəsində dərc olunub

5-04-2024, 07:07 32 dəfə baxılıb

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin yazdığı məqalə Afrika Jurnalistlər Konqresi Beynəlxalq jurnalının mart nömrəsində dərc olunub


O, məqalədə Yeni Kaledoniyada keçirilən aksiyada Azərbaycan Prezidenti İlham Əliyevin və “Dəmir yumruq” plakatlarının qaldırılmasının qürurverici olması, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Prezidentinin Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından bəhs etməsi, Qəmər arxipelaqının Mayot adası, həmçinin Yeni Kaledoniya xalqlarının, o cümlədən digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquqlarına və azadlıqlarına hörmət etməməsi mövzusundakı fikirlərini bölüşüb.

Qeyd edək ki, bu jurnal Afrika qitəsində yerləşən 30-dan artıq (Misir, Zimbabve, Tunis, Efiopiya, Nigeriya, Uqanda, Tanzaniya, Esvatini, Cənubi Afrika, Keniya, Mavrikiy, Qana, Fil Dişi Sahili, Konqo Respublikası, Qvineya Bisau, Ruanda, Seneqal, Zambiya, Əlcəzair, Sierra Leone, Liberiya, Qambiya, Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Somali, Cənubi Sudan, Anqola, Botswana, Mozambique, Malawi və.s) ölkədə nəşr olunmaqdadır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR