Kürdəmirdə magistral su xətti partladı - 6 kənd susuz qaldı

Bu gün, 07:06 11 dəfə baxılıb

Kürdəmirdə magistral su xətti partladı - 6 kənd susuz qaldı


Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza diametri 55 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmalar baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.

Qeyd edə ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR