Yaşasaydı, 35 yaşı olacaqdı…

Bu gün, 06:24 7 dəfə baxılıb

Yaşasaydı, 35 yaşı olacaqdı…


Bu gün Milli Qəhrəman, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, Volqoqradda 1-6-cı siniflərdə oxuyub, daha sonra Gəncəyə köçərək təhsilini orada davam etdirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, magistr və doktorantura təhsilini də tamamlayıb.

2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) çalışmağa başlayan H.Əliyeva əvvəlcə tərcüməçi, sonra stüardessa və daha sonra hüquqşünas kimi fəaliyyət göstərib.

O, 2024-cü ildə Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Hökumənin “hər şey yaxşı olacaq!” sözləri yaddaşlarda iz qoyub.

Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR