"Paşinyan bir mafioz kimi idarə etməyə başlayıb"

15-10-2018, 12:40 395 dəfə baxılıb

"Paşinyan bir mafioz kimi idarə etməyə başlayıb"


Ermənistanın daxili-ictimai siyasətində gərginlik davam edir. Belə ki, Nikol Paşinyan ayrı-ayrı deputatlara təzyiq və hədə-qorxu gələrək yaranmış vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Erməni KİV-də çıxan məlumatlara əsasən respublikaçılar partiyasından olan 14-ə yaxın deputatın N.Paşinyanın tərəfinə keçdiyi söylənilir. Digər tərəfdən, N.Paşinyan Parisdə prezident Armen Sarkisyanla görüşüb. Növbədənkənar seçkilər və siyasi gərginlik məsələləri müzakirə olunub. Belə razılığa gəlinib ki, böhran danışıqlar yolu ilə aradan qaldırılsın. Növbəti müzakirənin İrəvanda aparılması qərar alınıb. İrəvanda da prezidentlə baş nazir yenidən bir araya gəliblər. Lakin bütün bunların bir nəticəsi olmayıb. Məsələ ondan ibarətdir ki, Armen Sərkisyan bu problemlərin həllində maraqlı görünmür. Buna səbəb onun respublikaçılar partiyasının nümayəndəsi olması ilə əlaqələndirə bilərik. N.Paşinyan öz küçə zorbalığını demokratik islahat mexanizmi kimi təqdim etməkdə, respublika partiyasının başçılıq etdiyi siyasi qüvvələr isə bunu təzyiq kimi qiymətləndirməkdədir.

Ermənistan hökuməti hakimiyyətin yoxluğundan dolayı hüquqi və siyasi nizamsızlıq mühiti kimi başa düşülən anarxiya vəziyyətindədir. Ermənistanın institusional disinteqrasiyasının təsirləri Qafqaz regionu üçün mənfi nəticələr doğura bilər.

Ukraynanın Narıncı İnqilabına və Gürcüstanın sabiq Baş naziri Mixayil Saakaşvilinin yüksəlişi və hakimiyyətdən gedişinə bənzər proseslərin Ermənistanda yaşanma ehtimalı yüksəkdir.

Ermənistanın hazırkı Baş naziri N.Paşinyan iqtidara gəldikdən etibarən özünün sözləri ilə desək “xalqın namizədi” sistematik olaraq Ermənistanın hökumət institutlarını parçalamağa və məhv etməyə başlayıb.
Ermənistan küçələri artıq Paşinyanın hesabatlılıq və qanunun hakimiyyəti üçün üstünlük verdiyi alət olub. Dövlət orqanları, məhkəmə və parlament onun hədəfi halına gəlib. O, çox inanclı şəkildə həyata keçirə biləcəyi taktikalara əl atır. Paşinyan mafiya üslublu siyasi mübarizə aparmaq üçün təhlükəsizlik xidmətlərini və məhkəmələri alt-üst edib. Paşinyanın iqtidara gəlməsindən bir neçə ay keçməsinə baxmayaraq hələ də sabiq rəqiblərinə qarşı intiqam hissi ilə alışıb yanır. Bununla yanaşı Paşinyan erməni ordusundakı biabırçılığı gizlətmək üçün xalqın diqqətini başqa məqamlara yönəldir. Lakin Paşinyan həqiqətləri gizlətməyə və xalqı aldamatğa çalışsa da gec-tez həqiqət öz yerini tapır. Belə ki, işğal altında olan Qarabağın Xocavənd rayonu ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində ölən erməni əsgəri Qevork Haroyanın yaxınları etiraz aksiyası keçiriblər. Bu aksiya zamanı ölən əsgərin dayısı yalnız general Manvel Qriqoryanın tuşonka oğurluğunda ittiham edilərək həbs olunması ilə yekunlaşan korrupsiya və özbaşınalığa görə Paşinyanı fəaliyyətsizlikdə ittiham edib. O, həmçinin Paşinyana üzünü tuturaq bildirib ki, Frakfoniya sammiti keçirdib yalandan ölkə də hər şeyin qaydasın getdiyini və yaxşı olduğunu göstərməyə çalışır. Həqiqət isə bu ölkədə bizim balalarımız orduda döyülərək, zorlanaraq intihara məcbur edilir.

Digər tərəfdən, Paşinyan Frakfoniya sammiti keçirməklə bütün dunyaya nümayiş etdirməyə çalışır ki, biz "demokratik" dəyərlərə sahibik. Maraqlıdır Ermənistan baş naziri hansı demokratik dəyərlərdən və erməni xalqının birliyindən danışır ki, ordu xidmət edən əsgərlərin valideynləri artıq ona qarşı aksiyalar keçirərək dünyaya Paşinyanın kim olduğunu göstərirlər. Bir ölkə ki, bizim milli musiqimizi oğurlayıb öz milli musiqisi kimi təqdim edirsə, o ölkədə hansı "demokratik" dəyərlərdən danışmaq olar? İşğalçılıq və oğurluqla nə vaxta kimi bütün dünya ölkələrini aldadacaqlar? Öz milli mədəniyyəti musiqisi tarixi olmayan ölkə dövlət kimi varlığından və demokratik dəyərlərdən bəhs etməməlidir.
Bir sözlə, Paşinyan hakimiyyətə gəldikdən sonra iflic vəziyyətində olan ölkəni daha da bərbad hala salıb. Ölkəni bir mafyoz kimi idarə etməyə başlayıb. Ona qarşı çıxanları isə silahı (xalq nəzərdə tutulur-red) ilə vuracağını bildirir.

Analitik Ehtiram Aşırlı


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR