Paşinyanın oğlu Azərbaycana gəlir - TARİX AÇIQLANDI

9-07-2018, 15:38 358 dəfə baxılıb

Paşinyanın oğlu Azərbaycana gəlir - TARİX AÇIQLANDI














Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot iyulun 9-da hərbi xidmətə yola düşəcək

Publika.az xəbər verir ki, bu haqda Ermənistanın İctimai televiziya şirkətinin informasiya xidmətinin direktoru Vaaqn Tevosyan Feysbuk səhifəsində yazıb.

Daha əvvəl Nikol Paşinyan erməni ictimaiyyəti qarşısında bəyan edib ki, oğlu Aşot Paşinyan hərbi xidməti Azərbaycanın işğal altındakı ərazisində - Qarabağda keçəcək. Öz növbəsində, Aşot Paşinyan deyib ki, o, Qarabağda hərbi xidməti keçməyə qərar verib. Aşot Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazdığını söyləyib.

Ermənistanın baş naziri oğlunu digər dövlətin ərazisinə - Azərbaycanın Qarabağ bölgəsinə hərbi xidmətə göndərməklə ölkəsinin işğalçı olduğunu bir daha təsdiqləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR