Bərdə poliklinikasında pulsuz müayinə olunmaq müşkülə çevrilib

11-05-2019, 08:58 300 dəfə baxılıb

Bərdə poliklinikasında pulsuz müayinə olunmaq müşkülə çevrilib

Azərbaycan Konstitutsiyasına görə bizim Azərbaycan dövləti tam bir sosal dövlətdtr. Bizdə təhsil, səhiyyə və sair sosial xidmətlərin əsas bazası pulsuzdur və hər bir vətəndaş dövlətin bu sosial xidmətlərindən istifadə etmək hüquqna malikdir. Lakin Azərbaycanda uşaq baxçasına gedəq uşaq belə bilir ki, bizim ölkəmizdə dövlətin vətəndaşa pulsuz verdiyi bütün sosial xidmətləri məmurlar pulu ediblər. Buunun səbəbi bir çox faktorlara bağlı olsa da, o da bir həqiqətdir ki, bizdə vətəndaşlara sosial xidmət verən məmurlar rüşvət korrupsiyanı özlərinin bir nömrəli vəzifələri kimi qəbul edirlər. Ən acınacaqlısı isə odur ki, dövlət sosial xidmət sahələri «ödəniş» məsələlərində heç də özəl sahələrdən geriqalmır. Əksinə vətəndaşlardan daha çox pul alır, əvəzində isə insanlarımıza daha çox əziyyət verirlər.

Bərdə Səhiyyə İdarəsində özbaşınalıq və açıq bazar vətəndaşları zinhara gətirib. Bu barədə azerinfo.tv-yə daxil olan məlumatda göstərilir ki, Bərdədə həkimlər əvvəlcədən «ödəmə almadan» heç bir xəstəyə yaxın getmirlər.


Mənbənin sözlərinə görə, Bərdə Şəhər Poliklinikasına rüşvət Mehdi Mehdizadənin bu müəssisəyə baş həkim gəlməsindən sonra yol tapıb: “Mehdizadə baş həkim vəzifəsinə gələnə qədər məlum poliklinika rayonun ən nümunəvi tibb müəssisəslərindən biri kimi tanınırdı. Burada vətəndaşların tibbi müayinəsi dəqiqlik və qanuni prosedura uyğun şəkildə həyata keçirilir, bu müəyinə üçün onlardan qanunsuz ödənişlər tələb olunmurdu. Lakin Mehdizadə poliklinikanın rəhbəri vəzifəsinə gəlişi, müəssisənin bütün həyatını alt-üst etdi. Bütün xidməti prosedurları birbaşa rüşvət amilinə bağlayan baş həkim, vətəndaşlara verilən bütün növ arayışlar üçün konkert məbləğlər müəyyənləşdirməyə başladı. Baş həkimin poliklinika həyatına gətirdiyi yenilik tibbi personalı dəhşətə gətirsə də, özünü olduqca hökümlü aparan və “yuxarılarda” güclü himayədara malik olduğuna eyham vuran baş həkimə kimsə açıq şəkildə etiraz edə bilmədi. Nəticədə, rayonun ən nümunəvi poliklinikası qısa müddətdə rüşvət və korrupsiya yuvasına çevrildi”.
Baş həkimin diplom məsələsi, üstəlik bu məüəssisədə əxlaqi çərçivəyə sığmayın bir olayın yaşandığı haqda məlumatlar almışıq. Ancaq bunlar dəqiqləşmələrdən sonra açıqlanacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR