Əsl həqiqəti unutmaq, sanki gələcəyə meydan oxumaq deməkdir

20-01-2021, 23:16 110 dəfə baxılıb

Bir müddətdir ki, bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci il tarixdə imzaladığı sərəncam əsasında, İmişli Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Elçin Adil oğlu Rzayevi heç bir əsas olmadan ittiham edirlər. Yəni, heç bir məntiqə sığmayan, heç bir dəlil-sübuta söykənməyən açıqlamalarda icra başçısı şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və aztəminatlı ailələrə "soyuq münasibət” bəsləməkdə, bir kimsəni qəbul etməməkdə ittiham olunur. Əslində, bu cür əsassız ittihamların kökündə "xəstə təfəkkür”ün varlığı əsas rol oynayır. Çünki, Elçin Rzayevin şərəfli ömür yolları və həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda az-çox məlumatı olan hər kəs bilir ki, o, Vətənini sevən, xalqına bağlı olan vətən övladlarından biridir. Diqqət yetirmək kifayət edər ki, bu şəxs 44 gün davam edən Vətən müharibəsi zamanı döyüşkən ordumuzun parlaq qələbələr əldə etməsi üçün lazımi dəstəyini göstərib. Bu gün də, Elçin Rzayev RİH-nin başçısı olaraq müəyyən addımlarını atmaqda davam edir. Belə ki, indiyə kimi onun rəhbərliyi və birbaşa nəzarəti altında Vətən müharibəsində iştirak edib şəhid olanların ailələrinə, məhz daxili imkanlar hesabına 5 min manat məbləğində maliyyə köməkliyi göstərilmiş, hər şəhidin hüzr mərasiminin yola verilməsi üçün 3 min manat, hər şəhid məzarının xərcinə görə isə, 4 min manat məbləğində pul vəsaiti xərclənmişdir. Bundan əlavə, Vətən müharibəsində iştirak edib qazi olan bir neçə nəfər şəxsin evi bugünə kimi lazımi qaydada təmir olunmuş və hal-hazırda da təmir işləri davam etdirilməkdədir. Elçin Rzayev müharibə veteranlarına da, məhz oxşar münasibətini sərgiləməkdə davam edir. Bəli, bu gün də o, hər bir şəhid və qazi ailəsi ilə yaxından maraqlanır, onların ailələrinə məxsus problemlərin həlli yöndə aidiyyatı üzrə lazımi tapşırıqlarını verir. Bu belə olduu halda, bəzi sosial şəbəkə istifadəçilərinin atdıqları addımları heç cür başa düşmək olmur.

Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini, qaziləri, müharibə veteranlarını, bir sözlə sosial müdafiəyə ehtiyacı olan ailələri heç zaman diqqətdən kənarda saxlamır. Yəni, qeyd olunan ailələrə mümkün köməkliklərin göstərilməsi hər zaman rayon rəhbərliyinin nəzarətində olur. Çünki, rayon sakinlərindən əldə etdiyimiz çoxsaylı məlumatlar, məhz yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir. O halda sual oluna bilər ki, görəsən bəzi sosial şəbəkə istifadəçiləri Elçin Rzayevin bu yöndə atdığı addımları görmürlərmi ki, onlar bu şəxs barəsində şər-böhtan yazmaqla, əsassız açıqlamaları paylaşmaqla məşğul olurlar. Ona görə də həmin şəxslərə məsləhət və tövsiyyələrimi çatdırıb onu bildirmək istətdim ki, yayımladığınız açıqlamaları "vicdanınızın səsi” ilə yazın, kimlərinsə sifarişlərini yerinə yetirməyin!. Bilib dərk etmək lazımdır ki, bu cür addımların atılması "ağa qara deyən” hər kəsə başucalığı deyil, birbaşa "üzqaralığı” gətirir. Odur ki, "ağı qaradan seçin” və addımlarınızı atarkən o böyük Allahın varlığını və "vicdanınızın səsini” heç zaman unutmayın!. Çünki, tarixən unutqanlıq faciələrə səbəb olub!.

Xeberfakt.Az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR