Abdullayev getdi, Bəndəliyev həbs oluna bilər

14-10-2018, 20:52 856 dəfə baxılıb

Abdullayev getdi, Bəndəliyev həbs oluna bilər


Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Abdullayev Beyləqan icra hakimiyyəti başçı postundan uzaqlaşdırılıb.

Mozalan.az xəbər verir ki, mövcud durumla əlaqədar rayonda bəzi məmurların kürkünə birə düşüb. Çinki sabiq icra başçısı çoxmilyonluq maxinasiyaları məhz onların əli ilə edib.

Yəni faktiki olaraq korrupsiya cinayətlərində məsuliyyət onun yox, kiçik məmurların üzərində qalıb.

Bunlardan biri Beyləqan rayon Kommunal Təəsrrüfat İstehsalat Birliyinin rəisi Arzu Bəndəliyevdir.

Onun idarəsində hazırda işçilərin əksəriyyətinin adı var özü yoxdur.

Müəssisənin müdiri Arzu Bəndəliyev məclislərdə deyirmiş ki, Vaqif Abdullayev (Beyləqan RİH-nin sabiq başçısı-red) məni bezdirib. İdarəyə 50-yə yaxın işçinin adını yazdırtdırıb, hər ay 6-7 min manatı qoyur cibinə və deyir ki, bu mənə "yuxarıların” "hədiyyə”sidir.

Beyləqanda baş verən bu maxinasiya təkcə kommunal idarə ilə bitmir, üst-üstə 4-5 idarədə də belə "ölü canlar" mövcuddur və ümumi sayı 100-qədərdi.

Məlumata görə Vaqif Abdullayev hər ay bu idarələrdə "adı olub özü olmayan" işçilərin sayəsində 10-15 min manat pul əldə edirmiş.

Arzu Bəndəliyevin qol qoyduğu digər maxinasiyalardan biri isə STAR 17 MMC ilə tender məsələsi idi ki, indi həmin məsələ istintaq orqanları tərəfindən yenidən araşdırıla bilər. Belə ki, Beyləqan rayon Komunal Müəssisələr Kombinatına Fəhlələr üçün xüsusi geyim formaları, təsərrüfat malları, digər maşın və avadanlıqların satın alınması üçün keçirilən 27643 manatlıq tender eslində formal olub.

Burada göstərilən mal-materialların, avadanlıqların çox cüzi hissəsi alınıb. Yerdə qalan pul isə Arzu Bəndəliyev ilə Vaqif Abdullayev arasında bölüşdürülüb.



Ümumiyyətlə isə sabiq başçı bu kiçik məmurun vasitəsi ilə milyon manatlarla dövlət vəsaitini mənimsəyib.

"Kamxoz" müdiri Arzu Bəndəliyevin kiçik şirkətləri nə az, nə də çox təxminən 3-5 milyon manat arası vəsaitlərin yoxa çıxmasında günahkardır. Deyilənə görə Hesablama Palatası rayonda ciddi təftişə hazırlaşır.

Bu cinayətlər üzə çıxdığı təqdirdə təbbi ki, Vaqi Abdullayev məsuliyyəti boynundan çəkərək əsas suçu Arzu Bəndəliyevin üzərinə atacaq. Gürünən bu ki, Bəndəliyev həbsdən yaxa qurtara bilməyəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR