Tikdirdiyi 'analoqsuz' stadionun çökməsi ona bağışlanmadı - Vaqif Abdullayev yola salınır

4-01-2016, 19:40 877 dəfə baxılıb

Tikdirdiyi 'analoqsuz' stadionun çökməsi ona bağışlanmadı - Vaqif Abdullayev yola salınır

















Xəbər verdiyimiz kimi ötən gün yağan güclü qar Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olmuşdu. Hələ 28 avqust 2014 tarixində Prezident İlham Əliyevin də iştirakı ilə açılışı həyata keçirilən Mərkəzi Şəhər Stadionunun çökməsi yeyinti faktlarının ortaya çıxmasına səbəb olub

Ötən gün bu hadisə ilə bağlı AZXEBER.COM stadionun tikintisini həyata keçirən "İSPİK" MMC ilə icra başçısı Vaqif Abdullayev arasındakı “razılaşma” ilə bağlı araşdırma dərc etmişdi. Araşdırmamızda Prezident İlham Əliyevin Beyləqana rəsmi səfəri zamanı V.Abdullayevin ölkə başçısına stadionun inşası ilə bağlı müxtəlif yalanlar söylədiyi qeyd edilmişdi. Stadionun açılışı zamanı V.Abdullayevin prezidentə tikintinin tam həyata keçirildiyini deyib. Əslində isə stadionda daha çox kosmetik işlər tamamlanıb. Buna səbəb isə tikinti şirkətinə vəd edilən pulun icra başçısı tərəfindən tam ödənilməməsi olub. (Araşdırma ilə buradan tanış ola bilərsiniz: http://azxeber.com/news/101812)

Artıq hadisə ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov da açıqlama verib. Açıqlamada baş verən hadisənin fəsadlarının aradan qaldırıldığı deyilir.

Məlum hadisədən sonra isə Vaqif Abdullayev üçün gərgin günlər başlayıb. Hakimiyyət təmsilçiləri tərəfindən danlanan icra başçısından təəcili izahat istənilib.

Məlumata görə, ölkədə iqtisadi böhranın yaşandığı bir zamanda məmur-vətəndaş münasibətləri arasındakı böyük sosial fərqin olması, vətəndaşların büdcə pullarının bu cür yeyintilərə qurban getdiyini görməsi və səbəbkarın məhz Vaqif Abdullayevin olması icra başçını çətin duruma salıb.

Hazırda V.Abdullayevə öz şəxsi büdcəsi hesabına stadionu yenidən təmir etdirmək tapşırılıb. Onun vəzifəsində qalı-qalmaması məsələsi isə bu hadisədən sonra böyük bir sual altına düşüb. Çünki ölkə rəhbərinin yeni komanda formalaşdıracağı və bu komandada yeni kadrların olacağı ilə bağlı mətbuatda müxtəlif məlumatlar dərc edilib. V.Abdullayevin belə bir səhvdən sonra o komandada yer alması isə real görünmür.

Tikdirdiyi 'analoqsuz' stadionun çökməsi ona bağışlanmadı - Vaqif Abdullayev yola salınır
Tikdirdiyi 'analoqsuz' stadionun çökməsi ona bağışlanmadı - Vaqif Abdullayev yola salınır
Tikdirdiyi 'analoqsuz' stadionun çökməsi ona bağışlanmadı - Vaqif Abdullayev yola salınır


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR