Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı

21-11-2018, 09:07 552 dəfə baxılıb

Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı


Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun təkcə Bakıda yaşaması üçün tikdirdiyi villaların sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı 2-dən çoxdur.

Binəqədidə Varovski deyilən ərazidə iki villası;

Quba rayonunda – 1 villası;

Xızı rayonunda – 1 villası;

Nabranda – 1 villası;

Şüvəlan qəsəbəsində – 1 villası;

Mərdəkan qəsəbəsində – 1 villası;

Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villası;

Nərimanov rayonunda yerləşən – “Monaliza” şadlıq sarayı;

8 mikrorayonda restoranı.

Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR