Ermənistan ordusu yeni ilin ilk itkisini verdi

2-01-2019, 21:25 428 dəfə baxılıb

Ermənistan ordusu yeni ilin ilk itkisini verdi


Ermənistanın Tavuş vilayətində erməni hərbçinin iştirakı ilə qəza baş verib.

Dünən saat 21:30 radələrində İrəvan-Noyamberyan yolunun 143-cü km sektorunda 32 yaşlı Robert Qazumyanın idarə etdiyi "Mercedes" markalı 35 GD 937 nömrəli avtomobil və Tavuş vilayətinin Ayqehovit kənd sakini, 36 yaşlı Qevorq Çobanyanın idarə etdiyi 2106 markalı 35 PA 038 nömrəli avtomobil toqquşub.

Məlumata görə, qəza nəticəsində "06"nın sürücüsü Q. Çobanyan Dilican təcili tibbi yardım maşını ilə xəstəxanaya təxliyyə edilərkən yolda ölüb.

Onun Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçi kimi qulluq etdiyi bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR