"Mən partiya adından danışa bilmərəm" - Etibar Məmmədov

29-07-2019, 12:16 343 dəfə baxılıb

"Mən partiya adından danışa bilmərəm" - Etibar Məmmədov


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədəki siyasi partiyaları, xüsusilə də Etibar Məmmədovu Keşikçi dağ olayları ilə bağlı məsələləri müzakirə etməyə səsləyib.

Maraqlıdır, E.Məmmədov bu və bu qəbildən olan məsələlərin siyasi partiyalar tərəfindən birgə müzakirəsini zəruri hesab edirmi? Partiyanın fəxri liderinin bu məsələyə münasibəti nədən ibarətdir?

Moderator.az-a açıqlama verən AMİP-in fəxri lideri Etibar Məmmədov istənilən ümummilli məsələnbin müzakirəsinə müsbət yanaşdığını qeyd edib:

“Öncə onu deyim ki, mən partiyanın adından danışa bilmərəm. Çünki partiyanın özünün səlahiyyətli şəxsləri var. Məx fərxri liderəm, fəaliyyətdə olan lider deyiləm. Bu, məsələnin birinci tərəfi.

Ikincisi, istənilən milli məsələnin müzakirəsinə hər zaman müsbət baxıram. Əgər hər hansı bir problem ümummilli bir problemdirsə, onun müzakirəsini normal qarşılayıram”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR