Seçkilərin gedişi ilə bağlı məlumat - YENİLƏNİB + VİDEO
![]()
Seçici fəallığı 28,2 faizdir
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-a qədər olan məlumata görə, respublika üzrə 1 468 205 seçici səs verib, bu, 28,2 faiz seçici fəallığı deməkdir.
Ölkə üzrə seçicilərin ümumi sayı 5 198 658 nəfərdir.
11:01
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib.
Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.
Seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.