Pensiya alan dövlət qulluqçularının sayı açıqlandı
DSMF məlumat yaydı
Son statistikaya görə, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir.
Bu barədə azinfo.tv-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Onlardan 61,1%-i yaşa görə, 25,9%-i əlilliyə görə, 13%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.
Qeyd edək ki, dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.
Xatırladaq ki, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 292 min 040 nəfərdir.
Qeyd edək ki, DSFM -dən Oxu.Az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluqçusu olan qadınlar 60 və kişilər isə 63 yaşında pensiyaya çıxır.