ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb? - RƏSMİ MÖVQE

8-01-2020, 19:04 295 dəfə baxılıb

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb? - RƏSMİ MÖVQE

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Bağdadda iranlı general Qasim Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik artıb.

Bu səbəblə ABŞ-ın Ermənistandakı səfirliyi viza verilməsini müvəqqəti olaraq dayandırdığını elan edib.

Bununla yanaşı, diplomatik korpusun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, səfirliyin binasına böyük çanta ilə girmək, onu saxlanc yerinə qoymaq, yaxud da müvəqqəti saxlamaq üçün təhlükəsizlik xidmətinin əməkdaşlarına təhvil vermək qadağandır.

Maraqlıdır, ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb?

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mehdi Hüseynquliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, viza verilməsi hazırda da davam edir:

“ABŞ səfirliyinin Azərbaycandakı konsulluğu bu həftə normal şəkildə fəaliyyətini davam etdirib və hələ də etdirir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR