Eldar Mahmudov Bakıda supermarket açdı – “Ağdamlı Dəmir”in obyektindən şok xəbər

29-11-2015, 13:33 603 dəfə baxılıb

Eldar Mahmudov Bakıda supermarket açdı – “Ağdamlı Dəmir”in obyektindən şok xəbər













Noyabrın 28-də, günün ikinci yarısında, vəzifədə azad edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahumova məxsus olan yeni supermarkektin açılışı olub

Sözügedən market Bakının bahalı məhələlərindən birində yerləşir. Atatürk prospekti 47 saylı binanın birinci mərtəbəsində olan bu “obyektin” uzun müddətdir ki, Eldar Mahmudova məxsus olduğu bildirilir.
Supermarketin üstündəki 9 mərtəbəli binanın sakinləri də “obyektin” Eldar Mahmudova məxsus olduğunu təsdiqləyiblər. Bina sakinləri bildiriblər ki, sovetlər dönəmində həmin yer böyük qastranom kimi fəaliyyət göstərib: “Sonra özəlləşdirmə gedəndə mağazanın kollektivinin həmin ticarət “obyektini” özüküləşdirməyə gücləri çatmadı. Həmin vaxt mağazada söz sahibi olan Eldar Mahmudovun Vaqif adlı həmkəndlisi bu vəziyyəti sabiq MTN şefinə danışır və nəticədə 1990-cı illərin əvvəllərindən qastronom OBXSS işləyən Mahmudovun biznes səltənətinə əlavə olundu. Özəlləşdiriləndən sonra mağazanı uzun müddət Vaqif işlətdi. Sonra mağaza hazırda Eldar Mahmudovun bəzi qara işlərini gördüyünə görə həbsə atılan “Ağdamlı Dəmir”ə verildi. Dəmir bu mağazada bahalı avtomobillərin satışını həyata keçirirdi”.
Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, mağazada təmir aparılırdı. Hətta binanın həyət tərəfindən yerləşdirilən mağazaya aid iri həcmli soyuducular sakinlərin avtomobil saxlamasına da ciddi maneçilik törədib. Təbiidir ki, Eldar Mahmudovun keçmiş qüdrəti sakinlərin şikayətinin araşdırılmasına imkan verməyib. Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra, “obyektəki” təmir işləri daha da sürətlənib. Yeni açılan marketlə tanış olan müxbirimiz bildirir ki, təmir işləri xüsusi zövqlə aparılıb. Mağaza personalının verdiyi məlumata görə, yeni marketdə, ancaq Avropadan gətirilən nadir mallar satılcaq.
Qiymətlərin isə həddən artıq bahalı olduğu diqqəti cəlb edir. Qeyd edək ki, yeni mağazanın adının “Cristal covmet” olacağı bildirilir. Hələ ki, marketin adını daşıyan yazı gözə dəyməsə də, personalın geyimlərində Cristal sözünün yazılması Eldar Mahmudovun biznes imperiyasının hələ də tam çökmədiyindən xəbər verir.(azinforum.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR