“Ərdoğan Qarabağda rusları...” - Amerikalı diplomatdan sensasion iddia

13-12-2020, 18:03 214 dəfə baxılıb

ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri “Al Monitor”-a verdiyi müsahibədə Türkiyə ilə bağlı önəmli fikirlər səsləndirib.

Amerikalı diplomat Co Baydenin əsas hədəflərinin Çin, Rusiya, Şimali Koreya, İranla nüvə anlaşması və iqlim böhanı olduğunu bildirib.

O, Baydenin altıncı hədəfinin Türkiyə ilə münasibətlər olduğunu, bu məsələnin İran və Rusiya ilə əlaqədar olduğunu söyləyib.

Cefri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyanın ən güclü liderlərindən biri olduğunu da vurğulayıb:

“Ərdoğan məntiqli oyunçudur. Əgər Bayden dünya miqyasında gedən proseslərə bərabər səviyyədə bir yarış kimi qəbul etsə, Türkiyə son dərəcə önəmli bir yerə çıxır. Sadəcə olaraq, Ərdoğanın son səkkiz ayda İdlib, Liviya və Dağlıq Qarabağda (Azərbaycan) etdiklərinə baxmaq lazımdır. Həmin bölgələrdə ruslar və onun müttəfiqləri məğlub oldular”.

Amerikalı diplomat Türkiyənin ABŞ üçün ciddi NATO müttəfiqi olduğunu vurğulayıb:

“NATO-nun bölgədə İrana qarşı müdafiə məqsədilə yerləşdirilmiş anti-ballistik raket və radar sistemlərinin hamısı Türkiyədədir. Türkiyə olmasa, Yaxın Şərq, Qara dəniz və Qafqazda iş görmək mümkün deyil. Türkiyə Rusiya və İranın ən təbii rəqibidir”. /Teleqraf


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR