NATO-nun Qafqaz narahatlığı: Bəs Türkiyə? - TƏHLİL

3-12-2020, 12:42 239 dəfə baxılıb

NATO-nun Rusiyanın Qarabağda güclənməsi ilə bağlı keçirdiyi narahatlıq yersizdir. Çünki rəsmi Moskva ilə yanaşı bu gün regionda Türkiyə də var. Türkiyə isə NATO-nun ən qüdrətli və ən güclü ölkələrindəndir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə NATO-un son günlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sonlanmasında oynadığı roldan narahat olması və bu istiqamətdə ard-arda bəyanatlar verməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, 10 noyabr Bəyanatının imzalanmasında Türkiyənin rolu danılmazdır:

“Ən əsası, işğaldan azad edilən ərazilərdə yaradılan monitorinq mərkəzinin tərkibində rəsmi Ankara da olacaq. Bu reallıqlar çərçivəsində NATO-nun Rusiyanın Qafqazdakı mövqeyindən narahatlığı anlaşılan deyil. Qeyd etdiyim kimi, hazırda Qafqazda təkcə Rusiya yox, Türkiyə də var. Beynəlxalq müstəvidə hər kəs Türkiyənin siyasi xarakterini yaxşı bilir. Dolayı yolla Türkiyənin müdaxilə etdiyi istənilən münaqişə həm də NATO-nun müdaxiləsi deməkdir”.

Politoloq deyib ki, NATO Qafqazda baş verən proseslərdən narahatdırsa, 27 il ərzində münaqişə tərəfi olan ölkələri uzlaşdıra bilərdi:

“Bu gün istər Azərbaycan, istərsə də Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir. Xüsusilə ölkəmizin Əfqanıstanda NATO-ya verdiyi dəstək misilsizdir. Bütün bu reallıqlar çərçivəsində deyə bilərəm ki, NATO istədiyi münaqişəyə daha aktiv müdaxilə edə, tərəfləri uzlaşdıra bilərdi. Bu gün bunu Rusiya edibsə, NATO-nun narahatlıq keçirməsi mənasızdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR