Əfv Komissiyasının bir neçə iclası qaldı - 1000-dək müraciətə baxılacaq

9-03-2021, 11:40 275 dəfə baxılıb

Martın 10-da Əfv Məsələləri Komissiyası növbəti iclasına toplaşacaq. Bu barədə Modern.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib.

R.Məcid bildirib ki, indiyədək keçirilən 7 iclasda təxminən 700-dən çox müraciətə baxılıb:

"Qarşıda daha bir neçə iclas olacaq, çünki baxılacaq müraciətlər qalıb”.

Onun sözlərinə görə, ümumilikdə Komissiya iclaslarında təxminən 1000-dən çox müraciətə baxılması gözlənilir.

Qeyd edək ki, Novruz bayramında Prezident İlham Əliyev tərəfindən növbəti humanist addımın davamı kimi əfv sərəncamının veriləcəyi bildirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR