“Ermənistan Azərbaycanın şərtlərini qəbul edəcək”

24-06-2021, 14:48 172 dəfə baxılıb

"Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Azərbaycanla bağlı bir sıra addımlar atmağa məhkumdur”.

Bunu Reyting.az-a professor Rüstəm Məmmədov deyib.

Onun sözlərinə görə, münasibətləri normallaşdırmaq istəyən Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə barışıq yolunu seçəcək.

R. Məmmədov bildirib ki, 44 günlük müharibə və regionda yaranan yeni siyasi situasiya İrəvanın qarşısında barışıqdan başqa yol qoymayıb:

"İrəvanda başa düşürlər ki, yeganə çıxış yolu Bakı və Ankara ilə dil tapmaqdır. Əslində, Nikol Paşinyan özü Qarabağı istəmirdi. O bilirdi ki, Ermənistanı bir dövlət kimi digərlərindən asılı vəziyyətə salan həm də Qarabağ faktorudur. Bəli, artıq Paşinyan Qarabağ faktorundan yaxa qurtara bilib. Məncə, indi Paşinyan tədricən erməni dövlətini qurmağa çalışacaq. Onu inkişaf etdirməyin yolu həm də qonşu ölkələrlə normal münasibətlərin qurulmasından keçir. Bu baxımdan real vəziyyət Ermənistanı Azərbaycan və Türkiyə ilə münasibətlər qurmağa sövq etməlidir”.

Professor hesab edir ki, N. Paşinyan Azərbaycanın tələblərinə "hə” deyəcək: "Bura sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, regionda kommunikasiyaların işlək vəziyyətə gətirilməsi də daxildir.

Əlbəttə, ən vacibi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasıdır. Mən inanıram ki, bu da baş verəcək. Düşünürəm ki, sülh müqaviləsi məhz Paşinyanın hakimiyyəti dövründə əldə olunacaq.

Əslində ermənilər qorxaq millətdir. Onlar uduzublar və yaşamaq üçün bizimlə əməkdaşlığa məhkumdurlar. Artıq erməni mediasında Azərbaycanla sülh sazişinin imzalanmasına dair informasiyalara da rast gəlinir. Mən bunu təsadüfi saymıram. Hesab edirəm ki, bu, real vəziyyətdir”.

Professor sonda qeyd edib ki, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan rahat nəfəs alacaq, regional əməkdaşlıq üçün zəmin yaranacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR