HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir - VİDEO

4-04-2023, 10:20 56 dəfə baxılıb

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir - VİDEO


Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər.

Uçuş heyətinin döyüş hazırlığının daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR