Zelenskinin Bakı zəngi - RƏY

23-05-2024, 15:30 24 dəfə baxılıb

 Zelenskinin Bakı zəngi - RƏY


Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.
Zelenskinin Bakıya zəngini şərh edən politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Ukrayna Prezidenti V.Zelenski xüsusən keçmiş sovet respublikaları arasında özünə dəstək ola biləcək dövlət başçıları axtarır. Ekspert vurğulayıb ki, Baltikyanı ölkələr onsuz da birmənalı Ukraynanı dəstəkləyir:

"Baltikyanı ölkələr 1990-cı illərdən Rusiyanın orbitindən çıxıblar. Amma Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya ölkələri Zelenski üçün çox vacibdir. Digər tərəfdən, Zelenskinin başlıca məqsədi Rusiyadan gələrək Ukraynadan keçən tranzit xətlərinin digər dövlətlər tərəfindən istifadə olunması üçün indidən özünə zəmin yaratmaqdır. Azərbaycan Orta Asiya qazının Türkiyə üzərindən Avropaya çatdırılması üçün layihələr reallaşdırmaqdadır. Ukrayna bu məsələdən kənarda qalmaq istəmir. Zelenski çalışır ki, daha doğrusu, təklif edir ki, Türkiyə ilə yanaşı, Ukrayna ərazisi də tranzit kimi istifadə oluna bilər. Necə ki, Rusiyadan Türkiyəyə təbii qaz xətti çəkildi, eləcə də Türkiyədən Ukraynaya Qara dənizin altı ilə boru xətti çəkilə bilər. Yəni Rusiya ilə müharibə davam etsə də, Orta Asiya bölgəsindən gələn qaz xəttinin Ukraynadan keçməsi Kiyevi maraqlandıran məsələdir".
F.Abbasov əlavə edib ki, Zelenski dövlət başçımızla yaxınlıq qurmağa, dostluq əlaqələrini inkişaf etdirməyə çalışır və bu da təbiidir: "Digər tərəfdən, Azərbaycanın Rusiya ilə yüksək münasibətləri Ukrayna Prezidentinin münasibəti ilə əvəzləyə biləcəyi ilə bağlı ortaya sual çıxır. Ancaq bu, inandırıcı və mümkün görünmür. Çünki Rusiya ilə normal əlaqələr var və şimal qonşumuzda çox sayda azərbaycanlı yaşayır, pul qazanırlar. Həm də müharibənin davam etdiyini nəzərə almalıyıq. Belə məsələdə xarici siyasət üzrə çoxsaylı qələbə qazanmış Azərbaycan rəhbərliyinin Zelenskinin gözləntilərinə birmənalı "hə" deyəcəyi də istisna edilir. Dövlət başçısı Azərbaycanın milli maraqlarına uyğun olaraq qərarlar verir ki, bu da hansısa məqamda hansısa dövlətin xoşuna gəlməyə bilər".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR