Orta dəhliz hər iki ölkənin mənafeyinə uyğundur

21-01-2025, 10:31 137 dəfə baxılıb

Orta dəhliz hər iki ölkənin mənafeyinə uyğundur

Məlum olduğu kimi, Orta Dəhlizin funksionallığının artmasında Azərbaycan və Gürcüstan da mühüm rol oynayırlar. Ötən müddətdə dost və qonşu ölkələr¬də yaradılmış siyasi sabitlik və lazımi qanunvericilik bazası, təhlükəsizliyə ve¬rilən zəmanətlər, optimal qiymətlər, ke¬çid prosedurlarının sadələşdirilməsi, ən başlıcası məsafənin qısalığı və s. amillər Orta Dəhlizdən yaralanmaq istəyən bey¬nəlxalq yükdaşıma şirkətlərinin sayının xeyli artmasına səbəb olub. Hazırda hər iki ölkədə Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsi istiqamə¬tində işlər davam etdirilir. Bu məqsədlə yol-nəqliyyat infrastrukturun yaxşılaşdırıl¬ması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Qeyd edim ki, Orta Dəhlizin əhəmiy¬yəti və ölkəmizin bu layihədə uğurlu iştira¬kı beynəlxalq arenada da bəyənilir, təqdir edilir. Amerika Birləşmiş Ştatları ticarət nazirinin qlobal bazarlar üzrə kömək¬çisi Arun Venkataraman bu yaxınlarda bildirib ki, Orta Dəhliz regionda ticarətin inkişafına böyük imkanlar yaradacaq və buna görə də dəhlizin müvəffəqiyyətli olması üçün ölkəsi bütün səylərə dəstək veriləcəkdir. Onun fikrincə, dəhliz boyu yerləşən bütün ölkələr bu imkandan fay¬dalanacaq və regionun inkişafına stimul verəcək.
Göründüyü kimi, Azərbaycan və Gür¬cüstanın beynəlxalq dəstək qazanmış Orta Dəhlizdə birgə iştirakçılığı hər iki ölkənin nəqliyyat-logistika imkanlarını artırmaqla yanaşı, regional əməkdaşlığa və tranzit daşımalara da mühüm töhfələr verir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR