Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

26-05-2025, 12:15 90 dəfə baxılıb

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur




Mayın 20-də Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfər etdi. Bu səfər Azərbaycan-Macarıstan münasibətlərinin, eyni zamanda, Türk dünyasının birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Belə ki, Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfə olaraq Zirvə görüşü müşahidəçi ölkənin - Macarıstanın ev sahibliyi ilə keçirildi. Reallıq budur ki, XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Macarıstanın Zirvə görüşünə ev sahibliyi bu ölkənin türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu göstərir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün mövzusu - “Şərq və Qərbin Görüş Nöqtəsi” çağırışı mahiyyət etibarilə təşkilatın məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu bir daha təsdiqlədi. Azərbaycanın bu birliyin, həmrəyliyin qorunmasına, daha da möhkəmlənməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirildiyini xatırlatdı və bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil edilməsindən şad olduğunu bildirdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR