Paşinyan Bakıya gəlir? - "Ay yarımdan sonra..."

Bu gün, 06:39 8 dəfə baxılıb

Paşinyan Bakıya gəlir? - "Ay yarımdan sonra..."


Ermənistan baş naziri Nikol Paşinyanın indiki məqamda Bakıya səfərini təsəvvür etmək çətindir, amma ay yarımdan sonra vəziyyət dəyişə bilər.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O əlavə edib ki, bir zamanlar Ermənistan baş nazirinin Türkiyəyə səfərini təsəvvür etmək qeyri-mümkün idi. “Lakin Ermənistan baş nazirinin Ankaraya səfəri baş tutub. Biz bütün çətinliklərə baxmayaraq mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində addımlar atmalıyıq”, -nazir vurğulayıb.

Mirzoyan əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentləri gələn il mayın 4-də İrəvanda keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar. “Dəvətnamə hələlik şifahi şəkildədir”, - o qeyd edib.

Azərbaycan və Türkiyə prezidentlərinin İrəvan səfərini necə qarşılayacağına gəldikdə Mirzoyan deyib ki, çoxillik düşmənçilik mövqeyi baxımdan çətin olsa da, qarşılıqlı etimad üçün bu addımlar atılmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR