Saray postunda yol polisi hara baxır?-VİDEO

25-08-2015, 19:18 923 dəfə baxılıb

Saray postunda yol polisi hara baxır?-VİDEO











Yol polisindən şikayətlər, narazılıq tez-tez olur, lakin görünən budur ki, tənqiddən nəticə çıxarılmır. Ən çox narazılıq olan postlardan biri Saray postudur ki, burada iri tonnajlı yük maşınlarının özbaşınalığına tez-tez rast gəlmək olar. Bəzən yük maşınları trasda minik avtomobilləri ilə ötmə əməliyyatına girir, bəzən isə bu videodakı kimi sağa-sola baxmadan hərəkəti davam etdirir. Bu videoda göründüyü kimi, Saray postunda KAMaz markalı yük maşını yaxınlaşmaqda olan minik avtomobilini gözləmədən qəza şəraiti yaradaraq Saray qəsəbəsinə doğru hərəkəti davam etdirir. Ərazidə isə heç bir yol polisi görünmür. Ötən günlər ərzində də görünür ki, ərazidəki kamera görüntüləri incələnməyib və KAMaz sürücüsü yəqin ki, məsuliyyətdən yayına bilib.

Məsələyə yol hərəkəti qaydaları ilə bağlı tanınmış hüquqşünas Ərşad Hüseynovun münasibətini öyrəndik. Ə. Hüseynov da bildirdi ki, burada yük maşını yol ayrıcını keçmə qaydasını pozub, bunun da cəriməsi 60 AZN və 3 baldır.



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR