Milli Məclisin komitələri fəaliyyətə başlayıb

6-09-2018, 12:51 868 dəfə baxılıb

Milli Məclisin komitələri fəaliyyətə başlayıb


Azərbaycan Milli Məclisinin (MM) komitələri payız sessiyası çərçivəsində fəaliyyətə başlayıb.

“Report” xəbər ki, parlamentin ilk komitə iclası bu gün keçirilir.

Parlamentin payız sessiyasının ilk plenar iclası isə oktyabrın 1-də keçiriləcək.

MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Bu il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən iclasın oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Payız sessiyasının qanunverici işlər planı yaxın günlərdə açıqlanacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR