İrəvan Qarabağda sülhə “hazırlaşır”: - Hərbi xərclər kəskin artırıldı

4-10-2018, 13:03 519 dəfə baxılıb

İrəvan Qarabağda sülhə “hazırlaşır”: - Hərbi xərclər kəskin artırıldı


Ermənistan hökuməti hərbi büdcə xərclərini gözlənilmədən 528,7 milyon dollara qədər artırıb.

“Azadlıq” radiosunun Ermənistan bürosu xəbər verir ki, bu barədə məlumat Ermənistanın 2019-cu il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsində yer alıb. Cari illə müqayisədə (hərbi büdcə 2018-ci ildə 468 milyon dollar olub – red.) ölkənin gələn il üçün nəzərdə tutulan hərbi büdcəsi 60,7 milyon dollar və ya 13,6% artıb.

Müdafiə Nazirliyi artıq indidən gələn il hərbi büdcəsinin daha çox yeni silah və sursat alınması üçün istifadə ediləcəyini bildirib.

ğErmənistanın yeni büdcəsi bir sıra fikirlər irəli sürməyə imkan yaradır. Bu, Paşinyan hökumətinin təqdim etdiyi ilk büdcədir. Yeni büdcə Paşinyan hökumətinin siyasətinin necə olacağını, təhlükəsizliyə qarşı mövcud risklərə necə cavab verəcəyini təxmin etməyə imkan verir

Qeyd edək ki, bu, Ermənistanın 2008-ci ildən bu yana ikinci ən böyük hərbi büdcəsidir. Belə ki, Aprel müharibəsindən bir il sonra - 2017-ci ildə erməni hökuməti hərbi tələblərin icrası üçün 609,8 milyon dollar pul xərcləməyə məcbur olmuşdu.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR