Abid Şərifovun şirkəti pulları vermədi, 400 fəhlə yolu bağladı

9-09-2015, 12:41 761 dəfə baxılıb

Abid Şərifovun şirkəti pulları vermədi, 400 fəhlə yolu bağladı














“EVRASCON” şirkətinin direktorlar şurasının sədri Mənaf Şirinov Salyanda aylardır əməkhaqqı almadıqlarına görə aksiya keçirən və yolu bağlayan işçilər qarşısında çıxış edərək onları “yola gətirib”

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, M.Şirinov işçilərə bildirib ki, hazırda şirkətin vəziyyəti olduqca ağırdır, maliyyə baxımından müflis vəziyyətindədir.
Bununla belə o, işçilərin aksiya keçirməsinin “düzgün hərəkət olmadığını” bildirib. M.Şirinov vəd edib ki, iki aylıq əməkhaqqının yaxın vaxtlarda ödənilməsinə çalışacaqlar.
Onun vədinə əsasən şirkət gələn həftə bir aylıq əməkhaqqını ödəməyə çalışacaq. Gecikdirilmiş maaşlardan daha bir aylığı isə gələn ay veriləcək.
Bununla belə işçilər bu vədlərə o qədər də inanmırlar. Xatırladaq ki, “EVRASCON” şirkətinin Ələt-Astara yolunun tikintisində işləyən işçiləri aylardır əməkhaqqı almır. Bu yol tikintisi layihəsi Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilir və büdcədən maliyyələşir. Ona görə də podratçı şirkətin əmək haqlarını gecikdirməsinin səbəbləri aydın deyil.
“EVRASON” şirkətinin kreditor borcları 235 milyon manatdan çoxdur, bu borcların bir hissəsi banklara olan borclardır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR