Etibar Toğrul Ağdam rayon Təhsil Şöbəsi MK-nin müdirini məhkəməyə verdi

28-06-2019, 09:11 780 dəfə baxılıb

Etibar Toğrul Ağdam rayon Təhsil Şöbəsi MK-nin müdirini məhkəməyə verdi

Əhməd Rüstəmov barəsində işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi və üzr istənilməsi tələbi ilə iddia qaldırıldı.

"Vetenperverler.az" xəbər portalının baş direktoru, jurnalist Etibar Toğrul Ağdam rayon Təhsil Şöbəsi Motod Kabinetinin müdiri Əhməd Rüstəmov barəsində işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi və üzr istənilməsi tələbi ilə Ağdam rayon Məhkəməsi qarşısında mülki iddia qaldırıb. Buna səbəb isə, Etibar Toğrulun Ağdam təhsili ilə bağlı jurnalist araşdirmalarına cavab vermək məqsədi ilə Əhməd Rüstəmov şər, böhtanla dolu olan məktub ünvanlanmasıdır. Əhməd Rüstəmov həmin məktubu Etibar Toğrulun Facebookdakı səhifəsinin şərh bölməsinə yerləşdirib ki, buda sosial şəbəkə istifadəsiləri tərəfindən oxunmuşdu.

Əhməd Rüstəmovun bu hərəkəti jurnalistin peşə fəaliyyətinə gölgə salmaq, onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna zərər vurmağa xidmət edir. Hal hazırda kilinkada müalicə olunan Etibar Toğrul iddiası barəsində bununla bildirdi:

"Əhməd Rüstəmov onun və Təhsil Şöbəsinin bəzi əməkdaşları barəsində yazdığım fikirlərə məktub vasitəsi ilə münasibət bildirərkən, məni guya onlara şər-böhtan atmaqda ittiham edərək, özü mənə şər-böhtan atır və mənim işgüzar nüfuzuma xəlləl gətirməyə cəhd edərək, guya mən sifariş əsasında və kimlərdənsə aldığım pul muqabilində bu yazıları yazıram. İndi, buyursun məhkəmə qarşısında bunu sübut eləsin. Məktubda başqa fikirlərdə yer alibki, bunu da özümə qarşı təhqir, şər və böhtan hesab edirəm. Odur ki, hesab edirəm bu fikirlərə hüquqi müstəvidə qiymət verilməlidir. Elə bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq məhkəmə qarşısında iddia qaldırdim. Ölkəmizin tərcübəli vəkillərindən biri ilə artıq anlaşma əldə etmişik və mənim səhhətimdə ciddi problemləır olduğu üçün iddiamın müdafiəsi qismində vəkilim çıxış edəcək. Məhkəmənin və xüsusi ilə Ağdam rayon Məhkəməsinin ədalətinə güvənirəm. Xatirladım ki, ötən il Ağdam rayon Mərkəzi Xəstəxanasının o zamanki baş həkimi Bəxtiyar Haqverdiyevlə məhkəmə çəkişməmizdə Ağdam Məhkəməsi ədalət pirinsipləri və qanunun aliliyini əsas götürərək mənim xeyrimə qətnamə çıxartmışdı. Ümud edirəm ki, Əhməd Rüstəmova qarşı irəli sürdüyüm tələb əsasında başlanacaq məhkəmənin sonunda da qalib tərəf yenə mən olacam."
Yeganə Telmanqızı


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR