Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verildi

Bu gün, 08:12 4 dəfə baxılıb

Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verildi


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini postundan azad olunan Hüsnü Quliyevə yeni vəzifə verilib.

Manset.az bildirir ki, bu barədə qurumun sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, H.Quliyev AAYDA sədrinin müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı sərəncamla H.Quliyev agentliyin sədr müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, dövlət başçısının bu ilin fevral ayının 6-da imzaladığı sərəncamla Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR