Aşura günü yoxa çıxan kənd mollası tapıldı - YENİLƏNİB

27-10-2015, 11:32 774 dəfə baxılıb

Aşura günü yoxa çıxan kənd mollası tapıldı - YENİLƏNİB

















“O, soruşub ki, sən facebook sosial şəbəkəsində varsan, ya yox”

Salyan rayonunun Kürsəngi kəndinin Aşura günü yoxa çıxmış 52 yaşlı mollası Böyükağa Məmmədov dünən axşam saat 22 radələrində evlərinə qayıdıb.

Bu barədə virtualaz.org saytının Şirvan bürosuna B.Məmmədovun yaxınları məlumat verib.

Onların sözlərinə görə, din xadimi evə dönməzdən 2 saat əvvəl iki gün ərzində bağlı olan mobil telefonundan qızına zəng vuraraq “narahat olmayın, evə qayıdıram” deyib.

Sonra B.Məmmədov özünə məxsus avtomaşınla evinə qayıdıb. Yaxınları onun başına gələnlər barədə söylədiklərinin təfərrüatlarını açıqlamaqdan imtina ediblər.

B.Məmmədov dünən axşam Salyan Rayon Polis Şöbəsinə çağırılıb və izahatı alınıb.

26.10.2015

Salyan rayonunun Kürsəngi kəndinin mollası, 52 yaşlı Böyükağa Hacıqulu oğlu Məmmədov iki gün əvvəl itkin düşüb.

Böyükağa Məmmədovun yaxınlarının virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, o, oktyabrın 24-də evində Aşura günü münasibətilə ehsan süfrəsi açıb.

Din xadimi mərasim başa çatandan sonra saat 16 radələrində özünə məxsus 99 KJ 764 dövlət nömrə nişanlı, “Volkswagen” markalı avtomobillə evdən çıxıb və bir daha qayıtmayıb.

“Böyükağa Məmmədov evdən çıxarkən deyib ki, kənddəki imkansızları ziyarət edərək onlara nəzir verməyə gedir. Amma bir qədər sonra onun mobil telefonuna zəng çatmayıb. Həmin gün axşam saat 22 radələrində isə o, oğlu Şəhriyara zəng vuraraq bir kəlmə soruşub ki, sən facebook sosial şəbəkəsində varsan, ya yox. Oğlu isə “yox” cavabını verib. Atasından harada olduğunu, başına nə iş gəldiyini soruşub. Amma cavab almayıb. Elə o vaxtdan da onun mobilinə zəng çatmır” - deyə kənd sakinləri bildirib.

Kənd mollasının itkin düşməsindən narahat olan yaxınları Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Böyükağa Məmmədov 5 uşaq atasıdır. Kənd sakinlərinin bildirdiyinə görə, itkin düşmüş din xadimi sakit təbiətli və kənddə böyük hörməti olan bir şəxsdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR