26 yaşlı Bakı sakini itkin düşüb - VİDEO
Onun əynində qara rəngli şalvar və sarı rəngli köynək olub
26 yaşlı Salahov Şükür Kamal oğlu iyulun 7-də itkin düşüb.
azinfo.tv xəbər verir ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS TV-yə verilən məlumata görə, 26 yaşlı Salahov Şükür Kamal oğlu iyulun 7-si 2015-ci il tarixində səhər saat 7 radələrində işə getmək məqsədilə yaşadağı Ramana qəsəbəsindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.
26 yaşlı Şükür Salahovun əlamətləri belədir: boyu 156 sm, saçlarının rəngi qara, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşuna malikdir. Evdən çıxarkən əynində qara rəngli şalvar və sarı rəngli köynək olub.
Odur ki, Şükür Salahovu itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 012 450-02-02, 055 440-02-02 və ya 055 210-37-23 nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.