Kəmaləddin Heydərovun oğlu Türkiyə şirkəti ilə şərikdir
![]()
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Türkiyədə enerji hasilatı ilə məşğul olan NETA ENERJİ ÜRETİMİ LİMİTED ŞİRKETİnin də payçılarındandır. Jurnalist Cavanşir Həsənli araşdırıb ki, 18 fevral 2010-cu il tarixdə təsis olunan və nizamnamə kapitalı 50 min lirə təşkil edən şirkətin 45 min lirəlik 1800 səhmi Tale Heydərova, 5 min lirəlik 200 səhmi isə Türkiyə vətəndaşı Hasan Dündara aiddir.
Şirkətin hüquqi ünvanı: Evliya Çelebi Mah. Yasemin Sok. No:11 Tuzla, İstanbul.